Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb
Zaqatalada iki minik avtomobili toqquşub. Qəza zamanı rayonun Çobankol kənd sakinləri Rəsul Səmədov, Emil Əhmədov, Kifayət Əhmədova və Sevinc Məmmədova xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib