Zaqatala sakinindən külli miqdarda narkotik götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuş Eldar Xasayev saxlanılıb. Ondan külli miqdarda tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.