Yaşar Əliyevin itkin düşmüş şəxslərlə bağlı məktubu BMT sənədi kimi yayılıb
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Baş katibə ünvanlanan məktubda Ermənistanın 30 ilə yaxın işğal siyasətindən sonra minlərlə itkin düşmüş azərbaycanlının taleyi barədə məlumat verməyə borclu olduğu qeyd olunub. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 3 890 vətəndaşı, o cümlədən 719 mülki şəxsin itkin düşdüyü vurğulanıb. Eyni zamanda, Azərbaycan təmsilçisi işğal altındakı ərazilərin azad olunmasından sonra aşkarlanan kütləvi məzarlıqların Ermənistanın bu torpaqlarda qəsdən mülki şəxsləri hədəfə alması faktına işıq saçdığını bildirib.