XXI əsrin ilk 10 illiyində ən çox qol vuran qapıçılar bəlli olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası XXI əsrin ilk onilliyində ən çox qol vuran qapıçıların siyahısını dərc edib. 15 nəfərlik cədvəldə azərbaycanlı qolkiper də var. Bu, “Turan”ın sabiq kapitanı Nizami Sadıqovdur. O, 2001-2010-cu illər aralığında Azərbaycan çempionatında 9 qola imza atıb. 1992-2004-cü illər aralığında “Turan” və “Kəpəz”in formasını geyinmiş Nizami Sadıqov isə ümumilikdə 21 qol vurub. Siyahıya braziliyalı Rogerio Seni başçılıq edir. Seni nəzərdə tutulan müddətdə 58 dəfə fərqlənib. O, ümumi karyerası ərzində isə rəqib qapılarına 129 dəfə yol tapıb.
Nərgiz Camalzadə