XİN Avropa İttifaqının və Fransanın bəyanatını rədd edib
Azərbaycan Fransa Avropa və Xarici İşlər Nazirliyinin və Avropa İttifaqının son hərbi eskalasiyanın səbəblərini, habelə Ermənistan silahlı qüvvələrinin həm mülki əhaliyə, həm də hərbi qulluqçulara qarşı həyata keçirdiyi qanunsuz hərbi fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycanın öz suveren ərazilərində fəaliyyətini qəsdən təhrif edən bəyanatlarını rədd edir. XİN-dən bildirilib ki, Azərbaycan bütün sakinlərini, o cümlədən erməni əsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir.