Xankəndi-Laçın yolunda 97 gündür haqlı etiraz aksiyası keçirilir
Faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Yoldan Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə də növbəti dəfə şərait yaradılıb.
Vüsalə Cənnətova