Tovuzda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dərhal dayandırılıb
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuzun Abulbəyli kəndində yanacaqdoldurma məntəqəsində yoxlama keçirilib. Bu zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib. Yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması barədə qərar qəbul olunub.