Tovuzda qonaqlıda güllə yarası alan şəxs Bakıda ölüb
Tovuzda qonaqlıda bud nahiyəsindən güllə yarası alan şəxs Bakıda ölüb. Bud nahiyyəsinin 3/1-nin güllə yarası diaqnozu ilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilən Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərov xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasının dəyişib. O, sentyabrın 19-u axşam saatlarında tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evində qonaq olarkən sonuncular mübahisə edən zaman ev sahibi özünə məxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə atəş açan zaman yaralanıb.