Tovuzda mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
AQTA əməkdaşları Tovuzun Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən Tağıyeva Xəyalə Akif qızına məxsus ərzaq satışı mağazasına plandankənar yoxlama keçiriblər. Mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi məlum olub. Sahibkar barəsində protokol tərtib edilib və saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.
Nərgiz Camalzadə