R.T.Ərdoğan: “Ortaq tarix, dil, inanc və mədəniyyətə sahib olduğumuz ölkələrlə yenidən qucaqlaşdıq”
“Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı azadlığına qovuşdurduq”. Bunu Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Twitter"də yazıb. O vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının qurulması ilə Ankaranın Türk dövlətləri ilə əlaqələri daha da möhkəmlənib: “Ortaq tarix, dil, inanc və mədəniyyətə sahib olduğumuz ölkələrlə yenidən qucaqlaşdıq. Biz “harada bir vətəndaşımız varsa, oradayıq” prinsipi ilə Rumelidən Qafqaza qədər heç bir qardaşımızı boynu bükük qoymadıq”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Nərgiz Camalzadə