"Real Madrid"in irqçiliyə məruz qalan futbolçusunun qırmızı vərəqəsi ləğv olunub
İspaniya Kral Futbol Federasiyası "Real Madrid"in futbolçusu Vinisius Juniorun La Liqanın XXXV turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib. Belə ki, Vinisius Junior oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Qarşılaşmanın sonlarında rəqib futbolçularla davada iştirak edən vinger birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Baş hakimin insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirməməsi səbəbindən qırmızı vərəqə ləğv edilib.
Nərgiz Camalzadə