Rəsmi Bakı BMT Baş Katibini Ermənistana təzyiq göstərməyə çağırır
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı BMT Baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb. BMT Baş Katibinə Aqşin Bəbirov barədə 11 il 6 ay 15 gün həbs qərarının verildiyinə etiraz bildirilir. Bunun müqabilində Ermənistanın yolu azaraq sərhədi keçən 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması diqqətə çatdırılıb. Məktubda BMT Baş Katibi Azərbaycan əsgərlərini dərhal qeyd-şərtsiz azad etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır.
Fərid Mehdiyev