Qobustanda yol qəzası olub, 5 nəfər ölüb
Qobustan rayonunun Cəngi qəsəbəsində “Kia” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Kürdəmirin Muğanlı kəndində isə “Reno” markalı avtomobil yolu keçən Yeni qəsəbə sakini, 2003-cü il təvəllüdlü Rzayev Elmir Vidadi oğlunu vurub. Ağır xəsarət alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib.
Nərgiz Camalzadə