"Qarabağ" və "Sumqayıt" AFFA-nın büdcəsini 5 min manata qədər zənginləşdirib
AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Ramil Şeydayevi ikisi şərti olmaqla üç oyunluq cəzalandırıb. Buna 27 yaşlı hücumçunun "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXV tur matçından sonra rəqib oyunçu Todor Todoroskiyə əl-qot atması səbəb olub. "Köhlən atlar" 2400 manat məbləğində cərimələnib. Bundan əlavə, Todoroski də əl-qol atdığı üçün eyni cəza ilə üzləşib. "Gənclik şəhəri" təmsilçisi Şimali Makedoniyadan olan futbolçuya görə 2400 manat ziyana düşüb.
Fərid Mehdiyev