Qadın boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb. 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Litvalı rəqibini məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Allahverdiyeva finala gedən yolda fransalı boksçuyla üz-üzə gələcək. Yarışın qalibləri mayın 26-da bəlli olacaq.
Nərgiz Camalzadə