Qəzada 3 avtomobil əzilib, 1 nəfər yaralıdır
Bakının Yasamal rayonunda yol qəzası baş verib. Olay Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, kəsişmədən keçən “Mercedes” “Toyota”ya çırpılıb. Eyni istiqamətdən gələn “Hyundai”ın sürücüsü sükana nəzarəti itirərək maşınını “Toyota”ya çırpıb. Zərbənin təsirindən “Toyota” Abbas Mirzə Şərifzadə küçəsində olan “Changan”a dəyib. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Üç avtomobilə ciddi ziyan dəyib.
Nərgiz Camalzadə