Qərbi Azərbaycan İcması Fransa XİN-in açıqlamasını qətiyyətlə pisləyib
Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin qərəzli açıqlamasını qətiyyətlə rədd edir. Fransa xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi. Fransa məsələlərə Azərbaycanofobiya, islamofobiya və dini təəssübkeşlik prizmasından baxmaq kimi mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdır", - deyə açıqlamada vurğulanıb.