Qərbi Azərbaycan İcması Almaniya XİN başçısının qərəzli açıqlamasını qətiyyətlə rədd edir
Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin və Almaniyanın Xarici İşlər Naziri Annalena Berbokun qərəzli açıqlamalarını qətiyyətlə rədd edir. İcmadan bildirilib ki, hər iki nümayəndənin xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi. Berbokun məsələlərə dini və etnik təəssübkeşlik prizmasından baxması yanlışdır, davamlı sülhün və insan hüquqlarına hörmətin bərqərar edilməsinə əngəl törədir. Cozef Borelin isə belə mövqeyi Avropa İttifaqını Azərbaycan cəmiyyətində gözdən salır.