Qəbələdə dağlıq ərazidə yıxılan şəxs xilas edilib
Qəbələnin Laza kəndində rayon sakin, 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb. FHN əməkdaşları tərəfindən həmin şəxs xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Nərgiz Camalzadə