Prezident "Bakı Ürək Günləri" VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət edib
Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradıb. Bunu Prezident İlham Əliyev "Bakı Ürək Günləri" VIII Beynəlxalq Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib. "Builki Konqresin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ümidvaram ki, bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına töhfələr verəcək". Sitatın sonu.
Nərgiz Camalzadə