"Biz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik". Bu barədə Prezident İlham Əliyev Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib. “Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq”, - deyə dövlət başçısı vurğulayıb. Litva-Azərbaycan biznes forumunun açılışında isə prezident İlham Əliyev tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlanılacağını bildirib. Vilnüsdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Litvanın Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene tərəfindən rəsmi lanç verilib.
Vüsalə Cənnətova