Ombudsman Sarıbabada aşkar edilmiş mina sahəsi ilə bağlı açıqlama yayıb
Ombudsman Aparatı Sarıbabada aşkar edilmiş mina sahəsi ilə bağlı açıqlama yayıb. Minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə əlaqədar dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də beynəlxalq hüquq normalarına hörmətsizlik edərək bu istiqamətdə heç bir əməli addım atmır. Ombudsman keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıtmasına maneə yaradan bu əməlləri kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları Ermənistanına qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırır.