"Neftçi" və "Sabah"ın daha 2 potensial rəqibləri bəlli olub
"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin daha ikisi bəlli olub. Rumıniya Kubokunun qalibi olan "Sepsi" və Serbiyanın "Voyvodina" komandası səpələnmişlər səbətində yer alan "ağ-qaralar"la üz-üzə gələ bilərlər. Kipr Kubokunu qazanan "Omoniya" və Yunanıstanın PAOK klubu səpələnmişlər səbətinə düşüb və "Sabah"ın potensial rəqibləri sırasındadır. İyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.
Nərgiz Camalzadə