Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlının Zevin kənd sakinləri Şamo Şirbəyov və İlyas Şirbəyli tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Paytaxtın Nəsimi rayonunda isə şəhər sakini Cavid Niyazov saxlanılıb. Onun üzərindən 205,032 qram heroin aşkar olunaraq götürülüb.
Nərgiz Camalzadə