Misir Prezidenti ilə İlham Əliyev arasında telefon danışığı olub
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Prezident İlham Əliyevi və xalqımızı Ramazan ayının başlaması münasibətilə təbrik edib. Telefon danışığı zamanı Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb. Azərbaycan Prezidenti də Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.
Vüsalə Cənnətova