Mehriban Əliyeva Litva Milli Kitabxanasına Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edib
Vilnüsdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Litvalı həmkarı Diana Nausediene ilə görüşü olub. Onlar Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar. Birinci xanım Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilib.
Nərgiz Camalzadə