Masallıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Masallı polisi “VAZ-2106” markalı avtomobilin sürücüsünü qayda pozuntusuna yol verdiyi üçün saxlayıb.Rayon sakininin nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə etdiyi məlum olub. Məhkəmənin qərarı ilə Ağayev soyadlı şəxsin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.