Müdafiə Nazirliyi Qarabağdakı antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib
Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib. Brifinqdə nazirliyin Mətbuat katibi Anar Eyvazov çıxış edərək bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsidir. Həmcinin düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.