Mövlud Çavuşoğlu: “...Azərbaycandan nə istəyirsən?”
Türkün yolu Türk Dövlətləri Təşkilatından, Şuşadan, Cəbrayıldan, Zəngəzurdan keçər. Bunu, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu nəqliyyat layihəsində Azərbaycanın olmamasına görə də tənqid edib: “Bu gün Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirir. Bəs sənin dərdin nədir, Azərbaycandan nə istəyirsən?”, - deyə diplomat vurğulayıb.
Nərgiz Camalzadə