Leysan yağışlar və dolu Daşkəsənin kəndlərində fəsadlar törədib
Dünən axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu Daşkəsənin Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar törədib. Kəmərqaya kəndində vətəndaşa məxsus evin divarı uçub, bir neçə evin isə dam örtüyü zərər görüb. Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb, 2 transformator yanaraq elektrik enerjisinin verilməsi dayanıb. Əkin sahələrinə, təsərrüfatlara ziyan dəyib. Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Nərgiz Camalzadə