Laçında yüksək sürətli şəbəkə quraşdırılır
İşğaldan azad edilmiş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulması işləri davam etdirilir. Hazırda həmin ərazilərdə 214 baza stansiyası qurulub, mobil rabitə xidmətləri təşkil edilib. Laçın rayonunda telekommunikasiya şəbəkəsinin qurulması üçün magistral xətlər çəkilib və paylayıcı qurğular təmin edilib. Xidmətlərdən Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də yararlana biləcək.
Vüsalə Cənnətova