Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının 101-ci günüdür
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 101 gündür davam edir. Aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər. Yolda Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Vəfa Şairova