"Konyaspor" evdə "Qalatasaray"ı qəbul edib
Türkiyə Super Liqasında XXVI tura start verilib. Açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Qalatasaray"la qarşılaşıb. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Konyaspor" 8-ci pillədə qalıb. "Qalatasaray" isə 60 xalla turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" martın 26-da "Qarabağ"la xeyriyyə oyunu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Vüsalə Cənnətova