Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya düşüb
Kürdəmirin Şilyan kəndində Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən "VAZ-21011" ilə toqquşub. Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.
Nərgiz Camalzadə