İyun ayında 7 qeyri-iş günü olacaq
Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib. Belə ki, 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iyunun 24-ü və 25-i iş günləri, iyunun 26,27,28,29 və 30-u qeyri-iş günləri olacaq. Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.
Nərgiz Camalzadə