İt dişləyən azyaşlı uşaq ölüb
Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb. İt 2012-ci il təvəllüdlü Zülfiyyə Razayevanı küçədə dişləyib. Rayon xəstəxanasında ona quduzluq əleyhinə vaksin vurulub. Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda qəfildən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev