İrandan narkotik keçirilməyə cəhd edən Gəncə sakinləri tutulub
İmişlinin Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə sakinləri Arzu Həsənov və Elçin Osanlı şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə götürülüb.
İmişlidə isə rayon sakini Elməddin Fərəcovdan 8 qrama yaxın heroin aşkar olunub. Yaşadığı evdən isə əlavə 2 kiloqram 315 qram marixuana götürülüb.
Nərgiz Camalzadə