İmişlidə ölümlə nəticələnən yol qəzası olub
İmişlinin Sarıxanlı kəndində 67 yaşlı Ziyadxan Murtuzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 50 yaşlı, rayonun Boşçallar kənd sakini Fərman Xasayevi vuraraq öldürüb. Sürücü tutulub və cinayət işi başlanılıb.
İsmayıllıda isə 2 “VAZ”-ın toqquşması nəticəsində sürücülər və sərinişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Vüsalə Cənnətova