İlham Əliyev: “Biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür”
İşgüzar dairələrin nəzərə alacağı digər mühüm sahə logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala aiddir. Bunu Prezident İlham Əliyev Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib. “Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Nərgiz Camalzadə