Gimnastlarımız bu gün də Avropa çempionatında mübarizəyə qoşulacaqlar
Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında bu gün final çıxışlarını edəcək. O, fərdi çoxnövçülükdə medal qazanmağa çalışacaq. İdmançı halqa, top və gürzlə kompozisiyalarını təqdim edəcək.
Bu gün həmçinin Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası mübarizəyə qoşulacaq. Kollektiv beş halqa, üç lent və iki topla bacarıqlarını göstərəcəklər.
Vüsalə Cənnətova