Gəncədə narkotikin təsiri altında avtomobil idarə edən 2 nəfər saxlanılıb
Gəncədə “VAZ” və “Hyundai” markalı avtomobillərin sürücüləri Elsevər Qeybəliyev və Cavidan Xasayev saxlanılıblar. Onların maşını narkotik vasitənin təsiri altında idarə etdikləri müəyyən edilib. Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Nərgiz Camalzadə