Gəncədə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
Gəncənin Heydər Əliyev prospektində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama aparılıb. Qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Samuxda fəaliyyət göstərən şadlıq sarayında keçirilən yoxlama zamanı da qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə riayət olunmadığı aşkarlanıb. Qida təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qərarlar qəbul edilib.
Vüsalə Cənnətova