"Gəncə" "Sabah"la qarşılaşacaq
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək. Nizami yurdunu təmsil edən "Gəncə" "Sabah"la "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da start götürəcək. Mayın 20-dəki ilk görüşdə paytaxt təmsilçisi qələbə qazanıb - 71:69. Final seriyasının növbəti görüşü mayın 24-də baş tutacaq.
Nərgiz Camalzadə