Gədəbəydə restoranda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi Elnur Məmmədova məxsus, Gədəbəyin Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında yoxlama keçirib. İctimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. İnzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.