Gürcüstanla yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub
Azərbaycanın Gürcüstanla sərhəd məntəqələrində infrastruktur imkanlarının yaxşılaşdırılması üzrə işlər aparılacaq. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sözlərinə görə, Gürcüstanla qarşılıqlı razılıq əsasında yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub. "Layihələndirmə işləri aparılmalıdır və maliyyə məsələləri həllini tapmalıdır. Bu, zaman çəkəcək. Amma bununla bağlı müəyyən işlər aparılır", - deyə komitə sədri vurğulayıb.
Vüsalə Cənnətova