Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun digər oyunları keçiriləcək
Günün bütün qarşılaşmaları saat 16:30-da start götürəcək. Bu turda avrokuboka vəsiqə qazanan dördüncü kollektiv və çempionatda sonuncu yeri tutacaq komanda müəyyənləşə bilər. Çempionluğu təmin edən "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"ı sınağa çəkəcək. "Turan Tovuz" "Səbail"lə, "Şamaxı" "Qəbələ"ylə, "Sabah" isə "Zirə" ilə üz-üzə gələcək.
Nərgiz Camalzadə