Ermənistan ordusunun uzunmüddətli atəş nöqtələri və hərbi obyektləri məhv edilib

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi şəhərində qanunsuz yerləşdirilən, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 2 ədəd “Tor” zenit-raket kompleksi məhv edilib. Eləcə də Kərkicahan-Xəlfəli yolunda Ermənistan silahlı qüvvələrinə məxsus postlar sıradan çıxarılıb. Ağdərə istiqamətində isə Aşağı Otaraq kəndində düşmənin “Mortira” elektron döyüş məntəqəsi məhv edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi-Xocalı yolunun yaxınlığında yerləşən 4-cü atıcı briqadasına da zərbələr endirilib. Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir.

Lalə Nəsib

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik