Ermənistan növbəti dəfə öz yalanını ifşa etdi
Ermənistanın Müdafiə Nazirliyi dünən yaydığı məlumatda guya "Azərbaycan tərəfindən əsir götürülmüş" hərbi qulluqçu haqqında bu gün daha bir məlumat paylaşıb. Sözdə azaraq hərbçilərimizə əsir düşdüyü iddia edilən hərbi qulluqçunun tapıldığı qeyd olunub. Bununla da Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə öz yaydığı məlumatı təkzib edib. Ötən gün Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı bu əsassız məlumatı qarşı tərəfin növbəti yalanı adlandırmışdı.
Vəfa Şairova