DYP sosial şəbəkə istifadəçilərinə müraciət edib
Dövlət Yol Polisi sosial şəbəkə istifadəçilərinə müraciət edib. "Bəzi şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək onları “qəhrəmanlıq” kimi təqdim etməklə cəmiyyətə yanlış hərəkətləri aşıladıqlarını unutmamalıdır. Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir”, - deyə müraciətdə vurğulanıb.
Nərgiz Camalzadə