Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün qeydiyyat başlayıb
Mayın 22-dən 31-dək 2023-2024-cü tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatı elan edilib. Bu müddət ərzində namizədlər DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər. İmtahanın iyunun 11-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə prosesin isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.
Nərgiz Camalzadə